`Tramp səddi` iki ilə tikiləcək

`Tramp səddi` iki ilə tikiləcək
  02 Fevral 2017    Oxunub:1547
ABŞ Meksika ilə sərhəddə səddin tikilməsinin maliyyələşməsini tez bir zamanda təmin etməyə qadirdir.
AzVision.az xəbər verir ki, bunu ABŞ-ın milli təhlükəsizlik naziri Con Kelli deyib. Onun sözlərinə görə, səddin tikintisi iki ilə başa çatacaq.

“Bu sədd Birləşmiş Ştatlara narkotik, cinayət və qanunsuz mühacir axınını məhdudlaşdıracaq”.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp yanvarın 25-də Meksika ilə sərhəddə səddin tikilməsi barədə fərman imzalayıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti