Gənc bloqqer ilahiyyatçını darmadağın etdi – ELMİ CAVAB

Gənc bloqqer ilahiyyatçını darmadağın etdi – ELMİ CAVAB
  30 Yanvar 2017    Oxunub:296284
Taryel Abdullayev

“Orta məktəblərdə Təkamül nəzəriyyəsinin tədrisi lazımdırmı?” adlı bir yazıda həm mənim, həm də ilahiyyatcı Elşad Mirinin fikirlərinə yer ayrılmışdı. O, bildirib ki, məktəblərdə “Təkamül nəzəriyyəsi” tədris edilirsə, paralel olaraq “yaradılışçılıq” mənasına gələn Kreasionizm də öyrədiməlidir.


Elşad bəy, siz bilməlisiniz ki, bu gün elm dünyasında və elm adamları arasında Təkamül Təlimi atom nəzəriyyəsi, hüceyrə nəzəriyyəsi, nisbilik nəzəriyyəsi qədər tutarlı və qəbul edilmiş bir elmi nəzəriyyədir. Dünyanın tanınmış ən yaxşı univeristetlərində tədris olunur, ən hörmətli, nüfuzlu təhsil ocaqlarında Təkamül kafedraları faəliyyət göstərir. Məsələn, bir necəsinin saytını sizlər üçün yazım:

Kembric universiteti:

https://azvision.az/redirect.php?url=http://evolutionarygenetics.heliconius.org
https://azvision.az/redirect.php?url=http://www.bioanth.cam.ac.uk
https://azvision.az/redirect.php?url=http://www.human-evol.cam.ac.uk

Harvard universiteti:

https://gsas.harvard.edu/progr
https://azvision.az/redirect.php?url=http://hmnh.harvard.edu/human-evolution
https://www.fas.harvard.edu/~skeleton

Oxford universiteti:

https://www.icea.ox.ac.uk
https://azvision.az/redirect.php?url=http://www.ox.ac.uk
https://podcasts.ox.ac.uk/keywords/human-evolution

Yale universiteti:

https://azvision.az/redirect.php?url=http://eeb.yale.edu

https://azvision.az/redirect.php?url=http://yalebooks.com/…/978030004…/narratives-human-evolution

Berkley universiteti:

https://azvision.az/redirect.php?url=http://evolution.berkeley.edu/evolibrary/home.php

Mən bu siyahını hələ xeyli uzada və dünyanın böyük elm ocaqlarında Təkamül Nəzəriyyəsilə bağlı hansı elmi araşdırmaların aparıldığını göstərə bilərəm. Ehtiyac olsa edərik, amma hələ ki, başınızı çox ağrıtmadan, mətləbə keçim.

“Ağıllı dizayn”?!

Elm - daim yoxlanılıb, sınana bilən açıq bir sistem şəklində işləyir. Elm hadisələr arasındakı əlaqələri müşahidə və topladığı faktları sintez edərək, özünü inkişaf etdirən bir sistemdir. Elm ancaq müşahidə edə bildiyi şeylərə münasibət bildirir və nəticə çıxarır. Təkamül nəzəriyyəsinin həqiqətləri elmi metoda - yəni müşahidəyə və faktlara əsaslanır.

Elşad bəy, bəs sizin orta məktəblərimizdə tədrisini istədiyiniz kreasonist və ya “ağıllı dizayn” fərziyyəsi hansısa fakta, müşahidəyə əsaslanırmı? Kreasionizmin müdafiə etdiyi fikirlər elmi olaraq açıqlana bilərmi? Kreasionizmlə məşğul olan universitet kafedraları, ya elmi araşdırma mərkəzləri mövcuddurmu? Kreasionizm haqqında məqalələr hansısa ciddi, nüfuzlu elmi jurnallarda dərc olunubmu?

Dünyada ancaq sizin kimi rasional təfəkkürdən uzaq olan şəxslər tərəfindən qəbul edilən bu fikirlər Amerikada Yevangelist dini çevrələri tərəfindən qurulmuş “Yaradılış Araşdırma İnstitutu” tərəfindən ortaya atılıb. Sonradan Türkiydə Harun Yahyanın vasitəsilə cəmiyyətə sırınıb. Bir neçə il əvvəl siz həmin Harun Yahyanın buradakı müridi idiniz. İndi mən bir gənc olaraq bilmək istəyirəm ki, bu yollarla ölkəmizə “ixrac edilən” kreasionizmin bizim təhsil sistemində yeri və işi nədir?

Subyektiv yanaşmalar elm ola bilməz

Siz deyirsiniz ki, “Kainata baxdığımız zaman qüsursuzluq görürük. Bütün planetlər müntəzəm bir şəkildə Günəşin ətrafında fırlanırlar ”. Və ya: “Hüceyrəyə baxın! Gözlə görünməyəcək qədər kiçik olsa da, bir dünya məlumatı saxlayır və bu, Allahın qoyduğu bir qaydadır”. Bu dedikləriniz elmi həqiqət deyil. Çünki dünyanın müxtəlif yerlərində yaşayan fərqli inanc sahibləri də deyə bilərlər ki, bu, Odinin, Brahmanın, Torun, Taonun və ya Dekartın hipotezindəki şeytanın qoyduğu qaydadır. Və bunu deyərkən onlar da ən azı sizin qədər haqlı olacaqlar. O halda, dünyada 86 dövlətin elm adamı kimi tanınan Çəlal Şəngörün də dediyi kimi, bir-birini yalanlayan dinlər ortaya elm çıxara bilərlərmi? Əgər çıxara bilməzlərsə, o zaman bizim təhsil sistemində hansısa bölgənin subyektiv fəlsəfi inancından yaranmış kreasionizmin daxil olmasını necə əsaslandıra bilərik?

Yardılış, yoxsa təkamül?


Elşad bəy, biz müasir biologiyadan oxuyub öyrənirik ki, canlılar xromosom strukturları, zülal strukturları, digər anatomik və fizioloji xüsusiyyətlərinə görə elmi olaraq təsnif ediliblər. Ailədən növə doğru irəlilədikcə, ortaq xüsusiyyətləri artır.

Yaxşı, gəlin, mən sizinlə razılaşım və deyim ki, canlılar Allah tərəfindən yaradılıb. Amma bu zaman ortaya xeyli suallar çıxacaq ki, onlara Kreasionizm çərçivəsində cavab verilməsi mümkün deyil.

Təbiətə baxsanız, görəcəksiniz ki, hər bir canlı özünün yaşadığı mühitdə sağ qalmaq üçün tələb olunan özəlliklərə sahibdir. Ətraf mühit isə həmişə eyni qalmır axı. Milyon illər ərzində yaşam arealı ciddi şəkildə dəyişib, hər dəfə ancaq ona uyğunlaşa bilən orqanizmlər sağ qalmağı bacarıblar. Bu məntiq bizi yaradılışa deyil, təbii seçim və genetik dəyişmə kimi təkamül mexanizmlərinə aparır.

Əks halda belə çıxır ki, Allah canlıları yaradıb, sonra durmadan ətraf mühiti dəyişir, paralel olaraq durmadan özünün yaratdığı canlıları da təzədən ətraf mühitə uyğunlaşdırır, amma bunu edə-edə ətraf mühiti yenidən dəyişir ki, canlıları yenə ona uyğunlaşdırsın?!.

Əgər kreasionizmin iddası doğrudursa, onda Allah ətraf mühitə uyğunlaşa bilmədiyi üçün təkamülün süzgəcindən keçməyib, nəsli kəsilən milyonlarla canlı növlərini niyə yaradırdı? Bunu məktəbdə şagirdlərə necə izah edəcəyik? Deyəcəyik ki, uşaqlar, Allah həmin canlı növünün şəraitə uyğunlaşa bilməyəcəyini əvvəlcədən düzgün hesablamamışdı, ona görə də fikir verməyin, arada belə də olur.

“Canlı növləri hansı məqsədlərə görə fərqli yaradılıb” sualı kreasinozmi divara dirəmək üçün kifayətdir. Məsələn, niyə Allah sinifləri eyni olan iki növü çox fərqli, həm sinfi, həm də dəstəsi eyni olan başqa iki növü isə az fərqli yaradıb? Əyləncəli görünsün deyəmi? Yoxsa, hansısa ciddi məqsədi var imiş?

Bütün bunlardan sonra hansı izah sizə daha məntiqli görünür:
1) Allah canlıları olduqları mühitdə daha rahat yaşasınlar deyə, həmin mühitə uyğun xüsusiyyətlərdə yaradıb (Unutmayın, heç bir mühit daimi deyil).
2) Canlılar olduqları mühitdə həyatda qalıb, çoxala bilmək üçün məcburi olaraq həmin mühitə uyğunlaşırlar.

Əvvəllər Yer üzündə olmayıb, sonradan yaranan canlı növlərini şagirdlərə necə izah edəcəyik? Allah gördü ki, yaratdığı canlılar kifayət deyil, yeni növlərə “ol” dedi, onlar da oldular? Məsələn, beş milyon il əvvəl Yerdə it və ya inək yox idi. Sonra Allah “ol” dedi və qəfildən bir it ilə inək peyda oldular.

Elşad bəy, ciddisinizmi?
Doğrudanmı şagirdlərə məktəbdə bunu öyrətməliyik?!

Fikir verisinizsə, mən heç Təkamülün əsas sübutlarına – tapılan qədim canlıların qalıqlarına, sayı gündən-günə artan aralıq növlərə keçmədim. Çünki ehtiyac yoxdur: sizin kreasionist tezislərinizi darmadağın etmək üçün bir neçə məntiqli sual kifayətdir.


Teqlər:  





Xəbər lenti