`İsa Qəmbər 10 il əvvəl nə deyirdisə...`

`İsa Qəmbər 10 il əvvəl nə deyirdisə...`
  19 Avqust 2013    Oxunub:775
Millət vəkili Sahib Alıyev Milli Şuranın 20-ci sahədə, sürücülük məktəbinin həyətində keçirdiyi mitinqə münasibət bildirib. AzVision.az deputatın facebook səhifəsində yazdığı satusu olduğu kimi təqdim edir.
`Milli(millimi?) Şuradakıların dünən keçirdikləri piketdə danışdıqlarına baxıram, vallah, adam gülməyini saxlaya bilmir.

İsa Qəmbər də, Əli Kərimli də, bir çox başqaları da 5 il, 10 il, 15 il bundan qabaq nə deyirdilərsə onu təkrarlayırlar. "Bu hakimiyyətin axırıdır, onlar gedəcək, biz gələcəyik" -bunlardır söylədikləri.

Bu hakimiyyətin, 5, 10, 15 il ərzində nə etdiyini hamı görür və bilir. Bəs bu cənablar görəsən hansı uğura imza atıblar. Buna da "20 ildən sonra bura - “20-ci sahə”yə gələ bildik, biz bunu 20 ilə bacardıq" deməklə Mirmahmud Fəttayev aydınlıq gətirib.

Maşallah, böyük uğurdur, bir 20 il də keçəndən sonra Lökbatanacan gedib çıxa biləcəklər. Amma bir az ehtiyyatlı olsunlar, adından da göründüyü kimi orada batmaq təhlükəsi var...`


Teqlər:  





Xəbər lenti