Elçin Əlibəylidən televiziya haqqında yeni kitab

Elçin Əlibəylidən televiziya haqqında yeni kitab
  16 Dekabr 2016    Oxunub:2538
Sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin yeni kitabı çap olunub. “Televiziya fenomeni” adlı kitab daha çox televiziya işinin praktika və əməli tərəfindən söhbət açır.

Kitab televiziyanı izləyən, bu sahədə çalışan, medianın tədqiqi ilə məşğul olan hər kəs üçün maraqlı mənbə ola bilər.

Müəllif indiyədək çözülməyən, haqqında danışılmayan bir çox məqamlara xüsusi diqqət ayırıb. Televiziyada çalışmaq, uğurlu aparıcı, moderator, prodüser, redaktor olmaq istəyən, müstəqil şəkildə veriliş hazırlamaq arzusunda olanlar üçün də kitab yaxşı bələdçi rolunu oynaya bilər. Verilişin ideyasından başlamış, quruluşuna qədər bütün peşəkar sirləri sizə təqdim edən bu kitabla yeni televiziya layihəsi yaradıb, onu təqdim edib, marketinq işini düzgün qurub uğur qazana bilərsiniz.

Oxucular kitabda həmçinin aparıcılıq, verilişin quruluşu, onun yayımının təşkili, reklam və sponsorluq fəaliyyəti, reytinq haqqında olduqca maraqlı və yeni məlumatlar əldə ediləcək.

Kitabda bu sahədə çalışan və çalışmaq istəyənlər üçün səhvlər,qarşıya çıxa biləcək problemlərdən xilas olmaq üçün faydalı məsləhətlər yer alıb. “Televiziya fenomeni” peşəkar tədqiqatçılar və televiziya işçiləri üçün isə faydalı mənbə olacaq.

Qeyd edək ki, kitab “Günəş” nəşriyyatınta çap olunub.
Bu müəllifin sayca dördüncü kitabıdır.


Teqlər:





Xəbər lenti