Ermənilər əl-ayağa düşdü: Lusine Nersisyan buraxıldı

Ermənilər əl-ayağa düşdü: Lusine Nersisyan buraxıldı
  16 Dekabr 2016    Oxunub:2834
Ötən gün “Ermənistan və Azərbaycan arasında sülh üçün platforma”ya qoşulan Lusine Nersisyanın Ermənistan xüsusi xidmət orqanlarının işğalçı Dağlıq Qarabağ rejimində fəaliyyət göstərən şöbəsi tərəfindən həbs edildiyini yazmışdıq.

Erməni fəalın həbsi Ermənistan rəhbərliyinin necə acınacaqlı duruma düşdüyünün bariz nümunəsi idi. Lakin Sarkisyan rejimi onların bu əməlinin dünya birliyi, xüsusi ilə də avropalı rəsmilər tərəfindən kəskin narazalıqla qarşılanacağını nəzərə almamışdı. Belə ki, Azərbaycanda başladılan kampaniyadan sonra erməni fəalın həbsinə ilk reaksiya Avropadan gəldi. Avropa İttifaqının (Aİ) Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard qurumun Lusine Nersisyanın həbsindən narahat olduğunu açıq şəkildə bəyan etdi.

Mard bildirib ki, Aİ Azərbaycan ilə Ermənistanın vətəndaş cəmiyyətləri və müxtəlif insan qrupları arasında əlaqələrin qurulmasına dəstək verir: “Mən bu məsələ ilə bağlı məlumatı mətbuat vasitəsilə aldım və bu çox narahat verici bir məsələdir. Bu həm də onu göstərir ki, medianın Bakı platforması ilə bağlı məsələləri və ümumilikdə cəmiyyətdə baş verən hadisələri izləməsi çox vacibdir”.

Moldova İctimai palatasının rəhbəri, siyasi xadim Aureliya Qriqoriu da AzVision.az-a açıqlamasında hadisəni insan haqlarının böyük pozuntusu adlandırmışdı: “Bütün bu pozuntuları Ermənistan və Dağlıq Qarabağ separatçıları cəzasızlıq səbəbindən edirlər. Bu işğalçı dövlət barəsində tədbirlər görmək lazımdır ki, yol verdikləri qanun pozuntularını aradan qaldırsın”.

Azərbaycan KİV-nin vaxtında hadisəyə müdaxiləsi, erməni fəalın həbsinin dünya ictimaiyyətinin diqqətinə çatdırması ermənilər sözün əsl mənasında əl-ayağ saldı. Onlar sülh platformasına qoşulan Nersisyanın həbs olunmadığını iddia ediblər. Hətta “Aravot” qəzetinə müsahibəsində Nersisyanın həbsini təsdiqləyən və Azərbaycanı Ermənistana və Dağlıq Qarabağa qarşı “hibrid müharibə” aparmaqda günahlandıran “DQR prezidenti”nin mətbuat katibi David Babayan dediyi sözlərdən imtina etməyə məcbur olub.

Bunda sonra qondarma “DQR” polisi Nersisyanı həbsdən azad etməyə məcbur olub. Hətta vəziyyət o həddə çatıb ki, Nersisyan təhdid edilərək öz “Facebook” səhifəsində “guya” həbs olunmamısına dair status yazmağa da məcbur edilib. Lakin o statusunda yaşananlara görə, öz həyatı və ailəsi üçün narahat olduğunu da vurğulayıb.

Bu hadisələr bir daha təsdiqləyir ki, erməni ictimai fəallarının Ermənistan-Azərbaycan sülhməramlı platformasına qatılması Sarkisyan rejimini qorxutmağa başladıb. Belə ki, erməni KİV-i bu gün xalq diplomatiyası prosesinə qoşulanları ruhi xəstəxanaya salmaqla, terror vasitəsilə aradan götürməklə hədələyiblər. Görünür, Lusine Nersisyanın həbs olunmaması haqda status yazmasına da səbəb məhz bu hədələr olub.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti