Şəmkirdə 2 otaqlı ev yanıb

Şəmkirdə 2 otaqlı ev yanıb
  07 Dekabr 2016    Oxunub:1104
Şəmkirdə yanğın qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) AzVision.az-a verilən məlumata görə,rayonun Sabirkənd kəndində vətəndaşa məxsus tikintisi başa çatmamış ümumi sahəsi 70 m2 olan birmərtəbəli 2 otaqlı evin 1 otağının 2 ədəd pəncərə çərçivəsi, 1 ədəd taxtadan ibarət qapısı 6 m2 sahədə və dam örtüyünün yanar konstruksiyaları 30 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 20:19-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:  





Xəbər lenti