REAL Milli Şuranın mitinqinə qoşulmayacaq

REAL Milli Şuranın mitinqinə qoşulmayacaq
  17 Avqust 2013    Oxunub:1110
Respublikaçı Alternativ Hərəkatı qurum olaraq Milli Şuranın avqustun 18-də Bayıl qəsəbəsinə təyin etdiyi mitinqi dəstəkləmir.

Bu barədə AzNews.az-a Hərəkatın icra katibi Natiq Cəfərli məlumat verib. O bildirib ki, Hərəkat olaraq MŞ-in mitinqini dəstəkləməsələr də, üzvlərinə bu mitinqdə iştirakla bağlı heç bir qadağa qoymayıblar: “Üzvlərimiz fərdi qaydada mitinqdə iştirak edə bilər. Ancaq REAL olaraq, Milli Şurada iştirak etmədiyimiz və mitinqin təşkilatçılarından biri olamadığımız üçün qurum olaraq mitinqdə iştirak etməyəcəyik”.

N.Cəfərli deyib ki, mitinq bəlli bir birliyin təşkil etdiyi mitinqdir.


Teqlər:  





Xəbər lenti