`Milli Şuranın mitinqində 1000-dən çox adam olmayacaq`
Bunu AzVision.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov Milli Şuranın 18 avqustda keçirəcəyi mitinqdən danışarkən deyib.
YAP rəsmisi hesab edir ki, adı çəkilən mitinqə yalnız 1 000-ə qədər insan toplaşa bilər:
“Bir neçə dəfə mitinq keçiriblər sosial bazanın olmamasının nəticəsi olaraq az adam toplaşıb. Sonradan mitinqləri icazə verilən yerdə deyil, icazə verilməyən yerdə keçirməyə başladılar. Bu dəfəki mitinqdə də 600-700 adam toplaşacaq, 1000-dən çox olmayacaq. Bir neçə mitinq keçirəndən sonra yenidən Fəvvarələr meydanı və başqa yerin seçilməsi haqqında fikir söyləməyə başlayacaqlar”.
S.Novruzov vurğulayıb ki, 20-ci sahədə mitinq keçirmək üçün hər cür şərait var: “Həm şəhərin mərkəzidir, həm də təhlükəsizlik tədbirləri var. Buyurub keçirsinlər. Azərbaycanda həmişə sərbəst toplaşma azadlığı yerinə yetirilib. Sadəcə bəzi qüvvələr qanunun tələblələrini yerinə yetirmədən onu pozmağa çalışıblar”.
Fatimə KƏRİMLİ