`Təklif etsələr də, filmə çəkilmərəm` - Zərnigar Ağakişiyeva

`Təklif etsələr də, filmə çəkilmərəm` - Zərnigar Ağakişiyeva
  18 Noyabr 2016    Oxunub:22349
"Dövlət mənə yaxşı təqüd verir, maddi çətinliyim yoxdur"

AzVision.az -ın əməkdaşı Azərbaycanın teatr və kino aktrisası, xalq artisti Zərnigar Ağakişiyeva ilə həmsöhbət olub. Teatrdan, sənətdən uzaq düşən 71 yaşlı aktrisa evində tək yaşadığını, günün böyük hissəsini isitirahətə ayırdığını deyib.

-Zərnigar xanım necəsiniz?

-Günortadır, ancaq yuxudan təzə durmuşam. Axşamları gec yatıram. Kefim əladır, özümü çox yaxşı hiss edirəm.

-Gününüzü necə keçirirsiniz?

-Yaz, yay, payız fəsillərində çöldə oluram. Qışda isə evdə oturmağa üstünlük verirəm. Soyuğa dözümüm yoxdur. Hərdən qonşulara əsəbiləşirəm. Həmin vaxt həyətə düşüb, gəzirəm.

-Dünyada, ölkədə baş verənləri izləyirsinizmi?

-Bizdə baş verənlərdən xəbər tutmaq üçün telekanallarımıza baxıram. Harada maraqlı məlumat tapdımsa, oturub ona baxıram. Eyni zamanda Rusiya kanallarını da izləyirəm. Bundan əlavə alimlərin çıxışlarını izləyirəm. Elmi təbliğ edən adamlara qulaq asmaq mənə maraqlı gəlir.

Həmçinin intellektual verlişlərə baxıram. Efirlərinə çox maraqlı insanlar çıxır. Fərqi yoxdur, sənət, siyasət, iqtisadiyyat xəbərləri olsun, çalışıram hamısını izləyim.

-Kitab oxuyursunuzmu?

-Yox, kitab oxumuram. Başımı aşağı salanda özümü pis hiss edirəm. Şəkərim var. Bu xəstəlik məni incidir.

-Maddi durumunuz necədir?

- Dövlət mənə yaxşı təqüd verir. Yaşayıram, şəraitim yaxşıdır. Maddi çətinliyim yoxdur.

-Bəs, filmlərə dəvət alırsınızmı?

- İndi filmlərə çəkiləcək halda deyiləm. Həm yaşım, həm də fizki qüvvəm buna imkan vermir. Çəkilişlər əsəb, stress hesabına başa gəlir. Belə şeylərə dözə bilmərəm. Buna görə də kinoya çəkilmək istəmirəm. Təklif etsələr də, qəbul etmərəm.

-Ən çox şəhərimizin hansı hissəsində gəzirsiniz?

-Gəncliyim “Tarqovu” da keçib. Orada daha çox oluram. Evimin ətrafında gəzirəm.

-Sənət yoldaşlarınızla əlaqəniz varmı?

-Hərdən danışırıq. Onlar məşğul və yorqun olurlar. Ev, uşaq qayğıları olur. Düşüncələr tamam başqadır. İmkan olanda zəngləşdiyim adamlar var. Onlarla əlaqə saxlayıram.

-Teatra heç getmirsiniz?

-Yox. Mən evi xoşlayıram. Şəkərim var. İnsanlar çox olan yerlərə gedə bilmirəm. Bu, mənə pis təsir edir.

Söhbətləşdi: Şahanə Rəhimli
AzVision.az


Teqlər:  





Xəbər lenti