Putinlə MŞ quranın axırı belə olur...

 Putinlə MŞ quranın axırı belə olur...
  15 Avqust 2013    Oxunub:1023
Yeni Müsavat qəzetində əsaslı faktlarla Milli Şuranı tənqid edən yazı dərc olunub. Yazının müəllifi Elşad Məmmədli `Milli Şuranın alınmamasından ən çox “Yeni Müsavat” sevinir...` deyənlərə tutarlı cavab verib.

`İndi bu tipli liderlərin ətrafındakı mirzə və funksionerlər düşüblər sosial şəbəkənin canına. Bizi - qəzetimizi indi nədə suçlasalar yaxşıdı? Görkəmli bir sədr müşaviri müsahibə verib deyir ki, baş verən böhrandan, Milli Şuranın alınmamasından ən çox “Yeni Müsavat” sevinir...

Hər şeyin də bir ölçüsü olar, yoldaşlar! Adam, sənin sevinc hıçqırıqlarını ölçən dozometrin var? Ortada bunca böyük bir rəzalət var, bacarıqsızlıq var; buna ağlamaq, utanmaq lazımdı, nəticə çıxarmağa, vəziyyəti bundan belə toparlamağa ehtiyac var. İndi də siz Şimali Koreya iqtidarının casusları kimi, insanların mimikalarınımı izləyəcəksiniz - böyük öndərin yasına kim ürəkdən ağlamır...

Allah sizin kimi iqtidardan hifz eləsin bu milləti.
Bilmək lazım idi ki, Pusiya ilə Milyarderlər İttifaqı, Milli Şura qurmağın sonu bütün millət üçün fəlakətli ola bilər. Necə ki, oldu. Rüstəm İbrahimbəyovun pasportunda qurtaran siyasət mövcud iqtidarı da şantaj altına saldı və nəhayətdə, onlar da dözməyərək, güzəştlərə yuvarlandılar. Azərbaycan xalqını, növbəti dəfə Rusiyanın caynağına saldığınızın və bunu da mövcud iqtidardan daha çox sizin yapdığınızın fərqindəsinizmi?

Yazar Milli Şuranın Azərbaycan müxalifətini biabırçı bir druma saldığını deyir:

`Biz elə əvvəldən belə olacağını deyirdik də. Ona görə də sıcaq yanaşmadıq. Hey dedik ki, Rusiya projesinə qatılmayın. Belə biabırçı duruma düşməmişdi indiyədək Azərbaycan müxalifəti, bütün tərcümeyi halı boyunca... Bunu edənlər məsuliyyət daşıyırlar. İndi də utanmadan deyirlər ki, hanı bəs deyirdiniz MŞ Rusiyanın projesi idi, niyə bəs Putin İlham Əliyevlə yaxınlaşdı? Niyə anlaşdılar? Adam, Putin bu projeni qurdu, Milli Şuradan “xoxan” düzəltdi, rəsmi Bakını qorxutdu, sonra da istədiyini aldı da. Çoxmu çətindir bunu anlamaq? Burada hər kəs uddu - təkcə Azərbaycan müxalifətindən savayı...`.

`Bəzi müxalifət liderləri arqument gətirirlər ki, Milli Şuranı qurmaq və İbrahimbəyovu gətirmək düz idi. İddialarını da belə arqumentləşdirilər: “Düz olmasa idi, hakimiyyət bu qədər panikaya girərdimi, narahatlıq keçirərdimi...”
Allah sizləri güldürsün. Belə siyasətin yəqin ki analoqu yoxdur. Cocuqlar bir -birlərinə qəfildən “pıkkk” eləyirlər ha, biri gizləndiyi yerdən çıxıb, digər(lərini)ini qorxudur, indi bizim Milli Şura ideoloqları, qurucu liderləri sən demə iqtidarı möhkəmcə qorxudublarmış. Lap elə “pıkkk” deyə...
Tutaq ki, belədir. Hə, noolsun? Hanı nəticə? Bəs, indi hanı o qorxu, narahalıq, əndişə? Bu siyasət nəticələrlə hesablanan sahə-sənət deyil? “Xox” gəlmə ilə siyasət olar? Olarsa, heç olmasa, bunu belə təqdim etmək olar? Özünüzü niyə gülünc vəziyyətə salırsınız?
Bu zehniyyətin, bu qabiliyyətin yiyəsi bizə rəhbərlik eləmək istəyir? Olmaz olsun`.


Teqlər:  





Xəbər lenti