İbrahimbəyovun sənədləri bu gün də verilmədi

İbrahimbəyovun sənədləri bu gün də verilmədi
  14 Avqust 2013    Oxunub:1509
Milli Şuranın prezidentliyə vahid namizədi Rüstəm İbrahimbəyovun seçki sənədlərinin Mərkəzi Seçki Komissiyasına (MSK) verilməsini təxirə salınıb.
Milli Şura üzvü Eldəniz Quliyev bu gün mətbuata verdiyi açıqlamada R.İbrahimbəyovun sənədlərinin MSK-ya bu gün ərzində veriləcəyini bildirsə də təşəbbüs qrupunun sədri Elman Məmmədzadə bu xəbəri təkzib edib.

E.Məmmədzadə Modern.az saytına açıqlamasında sənədlərdə bəzi çatışmamazlıqların olduğunu deyib:

“Sənədlərdə müəyyən çatışmamazlıqlar var. Bu məsələ üzərində iş aparırıq. Konkret deyə bilmərəm sənədlər MSK-ya nə zaman veriləcək. Bizdən aslı olmayan səbəblərdən bu ləngimə baş verir. Hələ vaxtımız var”-deyə M.Şura üzvü qeyd edib.

Qeyd edək ki, E.Quliyev isə bir neçə saat əvvəl açıqlamasında R.İbrahimbəyovun seçki sənədlərinin gün ərzində MSK-ya veriləcəyini bildirmişdi.


Teqlər:  





Xəbər lenti