Gültəkin Hacıbəyli vahid namizəd olmaqdan qorxdu

Gültəkin Hacıbəyli  vahid namizəd olmaqdan qorxdu
  14 Avqust 2013    Oxunub:1291
Mehman Əliyev müsahibəsində 12 avqust sessiyasında adları çəkilən vahid namizədlərlə bağlı qeyd edib ki, sessiyada üç nəfərin adı çəkilib, daha sonra Gültəkin xanımın da adı qeyd olunub və namizədlərin sayı dördə çatıb.
“Cəmil Həsənli namizədliyini geri götürüb, deyib mən iştirak etmək istəmirəm, Rafiq Əliyev bu proseslərdən uzaqlaşıb. Deməli, bu prosesdə yoxdur və qatılacağı da inandırıcı deyil. Qaldı Mehman Əliyev və Gültəkin Hacıbəyli”, - deyə Mehman Əliyev bildirib.

İki əsas namizədlərdən biri olan Gültəkin Hacıbəyli vahid namizəd kimi seçilməyə münasibəti necədir? Adı yeni vahid namizəd kimi hallanan Gültəkin Hacıbəyli “Deyerler.org”a bildirib ki, böyük məmnuniyyətlə Mehman Əliyevin namizədliyinin dəstəkləyəcək : “Mən öz növbəmdə mənə etimad edən hər kəsə təşəkkürümü bildirirəm. Əgər Cəmil Həsənli onunla bağlı təklifə etiraz edibsə, mən böyük məmnuniyyətlə Mehman Əliyevin namizədliyinin dəstəkləyəcəm. Mən vahid namizəd olmağa etiraz edirəm. Mənim etirazımın təfərrüatlarına varmaq istəməzdim, amma bəzi səbəblərə görə özümü buna hazır görmürəm. Əgər mənim namizədliyimlə bağlı təkid olarsa, mən də Cəmil Həsənli və Mehman Əliyevlə bağlı təkid edə bilərəm”.


Teqlər:  





Xəbər lenti