MSK sədri daha bir namizədin adını açıqladı

MSK sədri daha bir namizədin adını açıqladı
  14 Avqust 2013    Oxunub:1186
Daha bir nəfər prezidentliyə namizədlik üçün sənədlərini Mərkəzi Seçki Komissiyasına təqdim edib.
AzVision.az xəbər verir ki, bu barədə MSK-nın bu gün keçirilən iclasında sədr Məzahir Pənahov məlumat verib.

Onun sözlərinə görə, politoloq Ərəstun Oruclu namizədlik üçün sənədlərini MSK-ya təqdim edib.

M.Pənahov onu da əlavə edib ki, 37 nəfər yerli müşahidəçi seçkiləri izləmək üçün qeydiyyatdan keçib.

Fatimə KƏRİMLİ


Teqlər:





Xəbər lenti