1539 nəfər boş qalan yerlərə ərizə verib

1539 nəfər boş qalan yerlərə ərizə verib
  14 Avqust 2013    Oxunub:1121
Azərbaycanın ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə ixtisas seçimi müsabiqəsində iştirak etmək istəyənlərin sayı açıqlanıb.
TQDK-nın mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, magistraturaların boş qalan plan yerlərinə qəbul olmaq üçün 1539 nəfər bakalavr elektron ərizəsini təsdiq edib.

Onların 1399 nəfəri Azərbaycan, 140-ı isə rus bölməsi üzrə sənəd verib.
Müsabiqənin nəticələrinin yaxın 2 gün ərzində açıqlanması nəzərdə tutulur.

Qeyd edək ki, 2013/2014-cü tədris ili üçün Azərbaycan ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının ilk mərhələsi martın 3-də, ikinci mərhələsi isə iyunun 23-də keçirilib.

AzVision.az





Teqlər:  





Xəbər lenti