Tikintidə 11 nəfər dünyasını dəyişdi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən AzVision.az-a verilən məlumata görə, 355 421 manat gecikdirilmiş ödəmələrin, o cümlədən 324 732 manat gecikdirilmiş əmək haqqının işçilərə ödənilməsi, qeyri-qanuni işdən azad edilmiş 16 nəfərin əvvəlki işinə bərpa olunması təmin edilib.
Qeyri-leqal məşğulluğun aradan qaldırılması məqsədi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində aidiyyəti dövlət orqanlarının və ictimai təşkilatların nümayəndələri də daxil edilməklə işçi qrupu fəaliyyət göstərir.
İlin II rübündə istehsalatda 82 bədbəxt hadisə qeydə alınıb. Bu hadisələr nəticəsində tikintidə ölənlərin sayı 11 nəfər təşkil etmişdir. İstehsalatla əlaqəli sayılmış bədbəxt hadisələr nəticəsində həmin dövrdə 37 nəfər dünyasını dəyişib.
AzVision.az