YAP rəsmisi Putinin səfərindən danışdı
Ə.Əhmədov bildirib ki, iki ölkə arasında münasibətlərin inkişaf etməsi hər iki dövlətin mənafeyinə uyğundur: "Putinin səfəri çərçivəsində aparılan danışıqlar, imzalanan sənədlər gələcəkdə iki dövlət arasında iqtisadi, siyasi və digər sahələrdə olan münasibətlərin yüksək səviyyəyə qaldırılması üçün etibarlı hüquqi baza yaradıb".
Bəzi müxalifət qəzetlərində Putinin Azərbaycana səfərinin guya prezident seçkilərində İlham Əliyevə dəstək kimi təqdim olunmasına münasibət bildirən Ə.Əhmədov deyib ki, Azərbaycan Prezidentini qarşıdan gələn seçkilərdə dəstəkləyən yeganə qüvvə Azərbaycan xalqıdır, seçiciləridir: "Ölkədə keçirilən müşahidələr, sorğular nümayiş etdirir ki, Azərbaycanda keçirilən prezident seçkilərində əhalinin mütləq əksəriyyəti prezident İlham Əliyevin namizədliyini dəstəkləyir. Yeni Azərbaycan Partiyası İlham Əliyevə dəstəyi müxalifətdən fərqli olaraq Azərbaycandan kənarda deyil, Azərbaycanın içərisində əldə edib, ölkə vətəndaşları tərəfindən dəstəklənir. Bu dəstək İlham Əliyevin qarşıdan gələn prezident seçkilərində uğur qazanması üçün kifayət edir. Başqa dəstək Azərbaycana lazım deyil".