Meriya: “Mitinq müraciətinə baxırıq”
İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zaur Ramazanov AzVision.az-a açıqlamasında Milli Şuranın meriyaya müraciət etdiyini təsdiqləyib və hazırda həmin müraciətə baxıldığını qeyd edib :
“18 avqust mitinqi ilə bağlı müraciət daxil olub. Hazırda həmin müraciətə baxılır. Cavab verilən kimi, mətbuata da məlumat veriləcək” -deyə Z.Ramazanov bildirib.
Qeyd edək ki, Milli Şura 18 avqust mitinqi ilə bağlı BŞİH-ə rəsmi müraciət göndərərək mitinqin keçirilməsi üçün 4 yer təklif edib.
Nihadə Eyyubova