Yeni peyvəndlər gətiriləcək

Yeni peyvəndlər gətiriləcək
  14 Avqust 2013    Oxunub:1215
Azərbaycanda uşaqlar üçün yeni, pnevmakok peyvəndlərin tətbiqinə hazırlıq işlərini dəyərləndirən Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Qiymətləndirmə Missiyasının nümayəndələri öz işini başa vurub.

Bu barədə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva məlumat verib.

Rayonlarda peyvəndin saxlanılması üçün soyuq zəncir sistemi avadanlıqlarına baxış keçirilib, vaksinin tətbiqini həyata keçirən tibb işçilərinin marifləndirilmə səviyyəsi yoxlanılıb.

Afaq Əliyeva bildirib ki, missiya öz işini yekunlaşdırıb və ÜST-ün nümayəndələri Azərbaycanda uşaqlar üçün yeni, pnevmakok peyvəndlərin tətbiqinə hazırlıq işlərini yüksək səviyyədə qiymətləndiriblər: “Pnevmakok vaksininin tətbiqi ilə bağlı Azərbaycanda hazırlıq səviyyəsi yüksək qiymətləndirildi. ÜST-ün Qiymətləndirmə Missiyasının gəldiyi qərar hazırlanaraq Səhiyyə Nazirliyinə və ÜST-ün Avropa regional ofisinə təqdim olunacaq. Yaxın vaxtlarda yeni peyvəndlərin Azərbaycana gətirilməsinə başlanılacaq”.

Afaq Əliyeva Azərbaycana ayrılan yeni pnevmakok peyvəndlərin Belçika istehsalı olduğunu bildirib. Onun sözlərinə görə, pnevmakok əleyhinə 10 valentli vaksinlər 1 yaşadək uşaqlara 3 dəfə vurulacaq. Bu peyvəndin tətbiqindən sonra uşaqlar arasında pnevmakokların törətdiyi ağır pnevmaniya, meningit, yuxarı tənəffüs yollarının iltihabı kimi xəstəliklərlə rastlaşma tezliyi azalacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti