“Dağlıq Qarabağ münaqişəsi tarixi ədalətə uyğun həll edilməlidir”

“Dağlıq Qarabağ münaqişəsi tarixi ədalətə uyğun həll edilməlidir”
  14 Avqust 2013    Oxunub:1213
“BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamədə işğalçı Ermənistan silahlı qüvvələrinin torpaqlarımızdan çıxarılması tələb olunub. Lakin bu qətnamələr hələ də kağız üzərində qalır. Bu münaqişənin tezliklər həlli regionda sabitliyə və əməkdaşlığa gətirib çıxaracaq. Dağlıq Qarabağ münaqişəsi tarixi ədalətə, beynəlxalq hüquq normalarına, beynəlxalq təşkilatların qərar və qətnamələrinə uyğun həll edilməlidir”.

AzVision.az İnterfax-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Bakıda Rusiya prezidenti Vladimir Putinlə keçirdiyi birgə mətbuat konfransında deyib. İ.Əliyev bildirib ki, Azərbaycan torpaqlarının işğalı 20 ildən artıqdır davam edir. Dövlət başçısı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində durğunluq yaranmasından və beynəlxalq təşkilatların konfliktin həlli ilə bağlı qətnamələrinin yerinə yetirilməməsindən təəssüfləndiyini qeyd edib.

Azərbaycan prezidenti ATƏT-in Minsk Qrupunun sədri kimi Rusiyanın nizamlama prosesində mühüm rol oynadığını vurğulayıb: “Azərbaycanla Rusiyanın möhkəm baza üzərində qurulmuş dostluq və mehriban qonşuluq münasibətləri xalqlarımızın tarixinə, eyni taleyə sahib olmasına və qarşılıqlı maraqlarımıza əsaslanır. Bu gün siyasi əlaqələrimiz inkişaf edir, beynəlxalq təşkilatlarda dost və tərəfdaş kimi əməkdaşlıq edirik, bir-birimizi dəstəkləyirik və gələcəkdə də bu siyasətimizi davam etdirəcəyik”.

AzVision.az


Teqlər:  





Xəbər lenti