Niyə yəhudilər başqa xalqlardan ağıllıdırlar? – ELMİ CAVAB

Niyə yəhudilər başqa xalqlardan ağıllıdırlar? – ELMİ CAVAB
  18 Oktyabr 2016    Oxunub:71748
Əslində bu fikir yəhudilərin ancaq bir qrupuna – aşkenazi yəhudilərinə aiddir. Bütün Nobel mükafatlarının 26 faizini məhz onlar alıblar. Tanıdığınız məşhur aktyor, rejissor, bankir, alimlərin çoxu məhz aşkenazilərdir.

Aşkenazilər subetnik qrup olaraq Mərkəzi Avropada (Almaniya, Polşa) yaranıblar. Onların danışdığı İdiş dili Hind-Avropa dil qrupunun Alman qanadına daxildir.

Aşkenazilərin subetnos kimi formalaşmasının tarixi erkən orta əsrlərdən - “qaranlıq dövr” adlanan mərhələdən başlayır. Müasir genetik araşdırmalar göstərir ki, aşkenazilər 350 nəfərlik bir qrupdan başlanğıc götürüblər. Onların hamısı bir-birilə qohum olub və ancaq qohum nikahları vasitəsilə artıb-çoxalıblar.

Erkən xristianlıq dövründə aşkenazilərin vəziyyəti çox ağır idi, onları bütün sahələrdən möhkəm sıxışdırılırdılar. O dövrün əsas gəlirli məşğuliyyəti olan hərbi xidmətə və torpaq əkib-becərməyə yaxın buraxılmırdılar. Buna görə də onlar ya acından ölməli, ya da ticarət, sələmçilik, təbabət, elmi fəaliyyət kimi işlərlə məşğul olmalı idilər, başqa yol qalmırdı.

Nəticədə əsrlər boyunca ancaq maliyyə və intellektual işlərlə məşğul olan, yalnız bir-birilə qohum nikahlarına girən qapalı qrupu təsəvvür edin... Yeni tarixi dövrdə subetnos cəmiyyətə açılanda qrupdaxili nikahlar onlarda artıq selektiv üstünlüklər yaratmışdı.

Həmin dövrdə başqa bir özəllik önə çıxdı: Varlı yəhudilər öz qızlarını nə qədər kasıb olsa belə, savadlı gənclərə, əsasən də dini məktəblərin məzunlarına (yeşiv) verməyə çalışırdılar. Ona görə də, intellektual sahələrdə üstünlük qazanmaq bacarığı bu gün aşkenazi sebetnosunun genindədir.

Amma həsəd aparmağa tələsməyin, çünki medalın əks tərəfi də var: yaxın qohumlar arasında sıx nikahlar aşkenazilərdə genetik xəstəliklərin son dərəcə geniş yayılması ilə nəticələnib.

Hazırda aşkenazilər artıq qohum evliliklərindən imtina ediblər. Bu isə o deməkdir ki, bir neçə əsrdən sonra vəziyyət bərabərləşəcək və onlar da intellektual qabiliyyət baxımından digər etnik qruplardan fərqlənməyəcəklər.

Tariyel Həsənov
AzVision.az


Teqlər:  





Xəbər lenti