`Milli Şuranın mitinqi pulları yumaq üçündür`
“Son zamanlar beynəlxalq aləmdə vəziyyət gərginləşib. Putinin gəlişini kimsə seçkilərlə, Rüstəm İbrahimbəyovla əlaqələndirirsə, bu insanlar savadsızdırlar. Onlar nə politoloq, nə də siyasətçidirlər. Həmin adamlar ondansa gedib bazarda kartof satsalar, daha yaxşıdır.
Putin Milli Şura kimi qurumlara fikir vermir. O, gözəl bilir ki, Milli Şura haradan qaynaqlanır, haradan maliyyələşir. Rüstəm İbrahimbəyov siyasətçi deyil, sadəcə siyasət lotularının əlinə düşüb, açıq-aydın deyir ki, xaricdən pul göndərəcəm ki, Milli Şura fəaliyyətini davam etdirsin, seçkilərə getsin. O yazığı başa salmayıblar ki, prezidentliyə namizəd olan hər hanısa bir şəxsin əgər xaricdən maliyyə qaynağı varsa, bu, o deməkdir ki, həmin adam artıq satılıb və cinayətkardır.
Mitinq ola bilər, amma heç də həyacanlanmasınlar, çünki onların işə yarıyan gücü yoxdur. Milli Şura özünə indikindən artıq tərəfdar yığa bilməyəcək. Elə İctimai palatanın az saylı mitinqləri də heç bir nəticə vermədi. Böyük pullar xərclənməsinə baxmayraq bu dəfəki mitinq əvvəlkilərdən də zəif olacaq. Başqa sözlə desək Milli Şuranın mitinqi pulları yumaq üçündür. Təşkilat yarananda demişdim ki, o ölü doğulmuş uşaqdır. Ölü doğulmuş uşaq ayaq tutub yeriyə bilməz.
Mili Şurada təmsil olunanlar Azərbaycandan kənarda olan yiyələrinə bildirmək istəyirlər ki, biz varıq. Məqsədləri isə odur ki, xaricdəkilərlə birləşməyi arzulayırlar. Doğrudur Milli Şura daxilində birləşdilər, amma Rüstəm İbrahimbəyov lax çıxdı. İndi çalışırlar ki, ayrı bir qurban tapıb ortaya qoysunlar”.
Nihadə EYYUBOVA