İmran Cəfərzadənin son əməliyyatı uğurlu olub
Lakin həkimlər körpənin hər iki ayağında həyat üçün təhlükəli sayılan infeksiya probleminin müəyyən qədər qaldığını bildirirlər. Onu da qeyd edək ki, bu vaxta qədər İmran Cəfərzadəyə hər 4 saatdan bir narkoz tətbiq edilirdisə artıq onun sarğılarını açarkən adi keyləşdiricilərdən istifadə edilir. Yaxın bir neçə gündə əlavə əməliyyatlar planlaşdırılmayıb.
Xatırladaq ki, İmran Cəfərzadə iyulun 21-də Xaçmaz rayonunda yerləşən "Nabran Holiday Village" akvaparkının hovuzunda təhlükəsizlik üçün nəzərdə tutulmuş qoruyucu barmaqlıq olmadığından nasos sisteminə düşüb. Nəticədə iki yaşlı oğlan sağ ayağının dizdən aşağı hissəsini və sol ayağının dabanını itirib.
AzVision.az
Teqlər: