Milli Şura Putinə müraciət edəcəkmi?
Onun sözlərinə görə, Milli Şura üzvlərinin İbrahimbəyovla Tiflisdə keçirilən görüşündə belə bir təklif olmuşdu və belə bir layihə hazırlanmışdı: “Amma layihə müzakirə olunmadan hansısa yollarla sosial şəbəkələrdə peyda oldu. Bunu bilməlisiniz ki, həmin müraciət Mili Şura tərəfindən qəbul edilməyib. Mitinqlər ərəfəsində Azərbaycanda fəaliyyət göstərən əsas diplomatik korpuslarla görüşlərimiz olacaq. Rusiya diplomatları ilə də görüşlərimiz olsa Rusiyaya öz narazılığımızı bildirəcəyik. Milli Şurada hansısa bir ölkənin prezidentinə müraciətlə bağlı qərar yoxdur".
Qeyd edək ki, bir neçə gün əvvəl Milli Şuranın Rusiya prezidenti Vladimir Putinə müraciət göndərməsi haqda məlumat vermişdik. Müraciətin mətni Milli Şuranın üzvü Mehman Əliyev tərəfindən hazırlanmışdı. Müraciətdə Mehman Əliyev Rusiya prezidentindən xahiş edirdi ki, İbrahimbəyovun vətəndaşlığına xitam verilməsi prosedurasını sürətləndirsin.
Xahişini də bununla əsaslandırır ki, müxalif qüvvələrin və vətəndaş cəmiyyətləri təşkilatlarının hüquqi və demokratik dövlət qurmaq ümidləri məhz bundan asılıdır. Mehman Əliyev açıqlamasında isə bildirmişdi ki, bu, şəxsi xahiş deyil, Milli Şuranın Rusiya prezidentinə rəsmi müraciətidir.
O, sadəcə olaraq ondan edilən xahişi yerinə yetirib və müraciətin mətnini hazırlayaraq həmin ərəfədə Moskvada olan Eldar Namazova göndərib. Sonuncu isə öz növbəsində müraciəti Rusiya prezidentinə çatdırmalı idi. Amma... bu müraciət niyə Putinin yox, sosial şəbəkələrin əlinə keçib, bunu yalnız təxmin etmək olar.
Eldar Namzovun da açıqlamasında bu nəticəyə gəlmək olar ki, Putinə ünvanlanan müraciət sosial şəbəkələrə sızmasaydı, o ərəfədə Rusiyada səfərdə olan Eldar Namazov həmin müraciəti Putinə çatdıracaqdı.(virtualaz.org)
Teqlər: