`Qarabağ münaqişəsinin mövcudluğu yolverilməzdir` – AŞPA prezidenti

`Qarabağ münaqişəsinin mövcudluğu yolverilməzdir` – AŞPA prezidenti
  10 Oktyabr 2016    Oxunub:1579
Bütün ölkələrin ərazi bütövlüyünü təmin etmək və güc tətbiq etməmək prinsipini dəstəkləmək, eləcə də beynəlxalq səviyyədə tanınmış sərhədlərin dəyişdirilməsinin qarşısını almaq lazımdır.

AzVision.az xəbər verir ki, bunu Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Pedro Aqramunt Strasburqda Assambleyanın plenar iclasının açılışında deyib.

AŞPA prezidentinin sözlərinə görə, Ukrayna, Moldova, Gürcüstan və Azərbaycanda həll olunmamış münaqişələrin mövcudluğu yolverilməzdir: "Avropalı olaraq biz bu məsələləri diplomatiya yolu ilə həll etməliyik."

Aqramunt beynəlxalq hüququn prinsip və qaydaların müdafiə olunmasına dair çağırış edib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti