İbrahimbəyov daha 6 gün vahid namizəd olacaq
Şura avqustun 18-də mitinq keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib. Müraciətdə 4 yer göstərilib. Bu barədə jurnalistlərə açıqlamasında KXCP sədri Mirmahmud Mirəlioğlu deyib. O bildirib ki, Milli Şuranın aksiyası avqustun 18-ı təyin olunub: “Biz bu barədə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmişik. Aksiyanın keçiriləcəyi yeri BŞİH müəyyən edəcək”.
Avqustun 19-da Şuranın növbəti sessiyası keçiriləcək və bu sessiyaya qədər Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyov olaraq qalacaq. Demokratik qüvvələr yeni vahid namizədlə bağlı razılığa gələ bilməyib.
Milli Şuranın bu gün keçirilən sessiyasında Rüstəm İbrahimbəyovun quruma göndərdiyi məktub da müzakirə olunub. Mirmahmud Mirəlioğlunun sözlərinə görə, İbrahimbəyovun namizədliyi sonacan müdafiə olunacaq.