Rüstəm İbrahimbəyovun namizədliyi irəli sürüldü
İclasda İbrahimbəyovun sənədlərinin hazırlanaraq Mərkəzi Seçki Komissiyasına (MSK) tədqim olunacağı bildirilib.
Qeyd edək ki, təşəbbüs qrupunun toplantısı ACP-nin qərargahında mətbuata qapalı keçirilib. Bununla yanaşı məlum olub ki, iclasda Rüstəm İbrahimbəyovun bir neçə gün əvvəl Milli Şuraya göndərdiyi, lakin heç kimə açıqlanmayan məktubu müzakirə olunub. Məktubun Milli Şura üzvlərindən və mediada gizlədilməsi gərginliyə səbəb olub. Həmçinin mitinqlərin, kütləvi aksiyaların keçirilməsinin Milli Şuranın komissiyalarının hesabatlarının da müzakirə edildiyi bildirilib.
AzVision.az