Erməni əsiri ilə müsahibə-VİDEO
“Yemək yeyib, içki içirdik uşaqlarla. Tağım komandiri axşama yaxın məcburən məni, su dalıyca göndərməyə əmr verdi. Məndə dedim ki, bir az yorulmuşam istirahət edim, sonra gedərəm. O isə mənə dedi ki, sən kimsən ki, sözümü yerinə yetirməyəsən? Təpiklə gözümə vurdu və aramızda dava düşdü. Bu səbəbdən də məcbur oldum bura, könüllü şəkildə Azərbaycan tərəfinə keçməyə”, - deyə erməni əsir bildirib.
Xatırladaq ki, Akop İnciqulyan avqustun 8-də gecə saat 23:00 radələrində Azərbaycan tərəfinə keçərək əsir düşmüşdü. Erməni əsgəri azərbaycanlı çobanlar yaxalayıb. Əsgərin üzərində sənəd aşkar olunmayıb. Çobanların sözlərinə görə, erməni əsgəri əslən Əsgəran rayonundan olub. O, 2 ildir xidmət etdiyini deyib. Onun əl-qolunun bağlayan çobanlar, dərhal polis və hərbçilərə məlumat verib.