Məmmədyarov baş katibi qəbul edib

Məmmədyarov baş katibi qəbul edib
  12 Avqust 2013    Oxunub:938
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akıncını qəbul edib.

XİN-in mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, görüşdə Azərbaycanla Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası arasında münasibətlərin hazırkı vəziyyəti və əməkdaşlıq perspektivləri müzakirə olunub.

X. Akıncı təmsil etdiyi təşkilatın fəaliyyətinə Azərbaycanın verdiyi töhfələri yüksək qiymətləndirib.

Görüşdə Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına üzv ölkələrin bu günlərdə Qəbələdə keçiriləcək zirvə görüşü müzakirə olunub və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti