İmran Cəfərzadə 3-cü dəfə əməliyyat olunacaq
O bildirib ki, əməliyyat Almaniya vaxtı ilə saat səhər12 -dən sonra başlanacaq və həkimlər İmranın hər iki ayağında bud sümükülərinin bərpasını həyata keçirəcəklər.
“Məlum oduğu kimi, İmran sol ayağının dabanını tamamı ilə itirmişdi. Onun başından götürülən dəri əsasında dabanını bərpa etmək mümkün olub. Daban sümükləri əzilib, toxumalar hələlik tam bərpa olunmadığından dabanına qan yaxşı işləmir. Əgər qan dövranı bərpa olunmazsa, daha bir neçə əməliyyat etmək lazım gələcək.
Başından götürülən dəri İmranın hər iki ayağına köçürülüb . Həkimlər hələ də onun yaralarındakı infeksiya ilə mübarizə aparırlar. Yaraları ölmüş hüceyrələrdən təmizləmək üçün ona hər 4 saatdan bir narkoz verilir.
Sonuncu əməliyyatdan xeyli vaxt keçdiyindən İmran artıq narkozdan ayılıb və hazırda valideynləri ilə ünsiyyət qura bilir.
Qeyd edək ki, uşağın valideynləri ilə də psixoloqlar məşğul olurlar” .
Nəzərinizə çatdıraq ki, İmran Cəfərzadənin Almaniyadakı müalicəsi Azərbaycan prezidenti İlham Əliyevin göstərişi əsasında, Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycanın Almaniyadakı səfirliyinin təşkilatçılığı ilə həyata keçirilir.
Şahanə RƏHİMLİ