Daha 70 avtoritet tutuldu

Daha 70 avtoritet tutuldu
  26 Fevral 2013    Oxunub:2365
Moskva polisinin avtoritet ovu davam edir
Rusiya polisi Moskvanın cənub-qərbində kriminal avtoritetlərin "sxodka"sını dağıdıb. Rusiya mətbuatının verdiyi məlumata görə, reyd nəticəsində 70 nəfərədək şəxs saxlanılıb.

Kriminal avtoritetlərin yanvarın 16-da Moskvada öldürülmüş "qanuni oğru" Aslan Usoyanın (Ded Xasan) klanına daxil olduqları bildirilir. Avtoritetlərin başsız qalmış kriminal klanın problemlərini həll etmək üçün bir yerə yığışdıqları bildirilir. "Sxodka"da ümumilikıdə 300-dək avtoritet iştirak edirmiş. Polis "kriminal generallar"ın başının üstünü gözlınilmədən alıb.

Saxlanılanlar arasında "Ded Xasan"ın 55 yaşlı qardaşı oğlu Temur Mirzoyev də olub. Qeyd edək ki, bu "Ded Xasan"ın öldürülməsindən sonra onun başçılıq etdiyi kriminal klan üzvlərinin artıq sayca üçüncü toplantısıdır.


Teqlər:  





Xəbər lenti