1597 müəllim ikinci mərhələyə keçib
AzVision.az Təhsil Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, bu tədris ilində müəllimlərin işə qəbulu üzrə 3286 vakant yer müəyyənləşdirilib. Vakant yerlərə elektron ərizə verənlərin sayı 18782 nəfər olub. İyulun 25-dən avqustun 7-dək keçirilən imtahanlarda ümumilikdə 15030 nəfər iştirak edib.
İmtahanların nəticəsinə görə 1543 nəfər Azərbaycan bölməsi, 54 nəfər isə rus bölməsi üzrə olmaqla, ümumilikdə 1597 nəfər müsahibə mərhələsinə buraxılıb.
Test imtahanlarını uğurla başa vuran namizədlər 12-16 avqust 2013-cü il tarixlərində təşkil olunan müsahibədə iştirak edə bilərlər. Bu barədə onların hər birinin şəxsi səhifəsinə məlumat göndərilib. Müsahibənin proqramı isə Təhsil Nazirliyinin rəsmi internet saytında “Müəllimlərin işə qəbulu” səhifəsində yerləşdirilib.
Müsahibə mərhələsi başa çatdıqdan sonra boş qalan vakant yerlərə keçid balı toplanmış, lakin işə qəbul olunmamıış şəxslərə 19-21 avqust tarixlərində əlavə yerləşdirmədə iştirak etmək imkanı veriləcəkdir. Namizədlər şəxsi səhifələrinə daxil olmaqla boş qalan yerlər haqqında məlumatla tanış ola biləcəklər. Hər bir namizədin uyğun ixtisas üzrə ən çoxu 4 vakant yer seçməsi mümkündür.
AzVision.az