İsraildən gözlənilməz qərar
U. Ariel bildirib ki, 800 mənzillik yaşayış massivi Şərqi Qudüsdə, 400 mənzillik isə İordan çayının qərb sahilində inşa ediləcək:
İsrail Tikinti Nazirliyi, Yaxın Şərqdə sülh danışıqlarının ikinci turu cərcivəsində gözlənilməz qərar verib. Onun sözlərinə görə, dünyada heç bir ölkə, kimin harada nə inşa edəciyi ilə bağlı təlimat verə bilməz: "Ölkəməzdə tikinti işləri davam edəcək".
ABŞ-ın Yaxın Şərq üzrə səlahiyyətli nümayəndəsi İsraildə nəşir olunan “Maariv” qəzetinə açıqlama verərək bildirib ki, Vaşinqton həbs olunan 104 fələstinli məhbusun sərbəst buraxılması qarşılığında İsrailin bölgədə apardığı məskunlaşma siyasətinə yaşıl işıq yandırıb.
Bəzi siyasətçilər bəyan edirlər ki, məlum qərar başlanan sülh danışıqlarına zərbə vuracaq. (ANS PRESS)