Ukraynada azərbaycanlı biznesmen qətlə yetirildi

Ukraynada azərbaycanlı biznesmen qətlə yetirildi
  07 Avqust 2013    Oxunub:1097
Qətl bıçaqlanma zəminində baş verib.
AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Ukraynada azərbaycanlı biznesmen qətlə yetirilib. Qətl hadisəsi Jovkva şəhərinin Lvovski vilayətində gecə saatlarında baş verib. Adı açıqlanmayan bznesmen Jovkve parkı yaxınlığında qarın nahiyəsindən bıçaqlanıb.

Yerli xəstəxanaların birinə yerləşdirilən həmyerlimizin həyatını xilas etmək mümkün olmayıb.

Xatırladaq ki, azərbaycanlı biznesmenin Ukraynada motel və bar işlətdiyi bildirilir. Hazırda qətlin səbəbləri araşdırılır.

AzVision.az


Teqlər:





Xəbər lenti