Seçkilərdən ən çox yazan müstəqil qəzetlərdir
AzVision.az xəbər verir ki, AVCİYA-nın seçki qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı qurumun müşahidə keçirməyi planlaşdırdığı mərhələlərə barədə məlumat verib:
“Seçki öncəsi mühitin monitorinqi, namizədlərin irəli sürülməsi və imza toplanması mərhələsi, prezidentliyə namizədlərin seçkiqabağı kampaniyanın monitorinqi və seçki gününün monitorinqi. Biz planlaşdırırıq ki, hər seçki məntəqəsinə öz nümayəndəmizi göndərək. Seçki günündə həmin gün ərzində 4 dəfə KİV-ə məluma
t veriləcək. Seçkidən sonrakı gün isə mətbuat konfransı keçiriləcək”.
M.Zülfüqarlı qeyd edib ki, hazırda assosiasiya müşahidələrin birinci mərhələsini başa çatdırıb. Bu dövrdə seçkiqabağı mühitin təhlili verilib, 12 qəzetin monitorinqi təşkil edilib, 3 bülleten nəşr olunub:
“İyul ayında 2 qəzetin monitorinqinin nəticələri göstərir ki, iyun ayına nisbətən seçki ilə bağlı xəbərlərin sayı 2,47% artıb. Lakin may ayı ilə müqayisədə 0,21% geriləmə müşahidə olunub. Xəbərlərin ümumi sayına görə birinci yeri müstəqil qəzetlər (5532), ikinci yeri müxalifət qəzetləri (5260), üçüncü yeri isə iqtidar qəzetləri (2994) tutub. İyul ayı ərziondə ümumilikdə 12 qəzetdə seçkilərlə bağlı 13 786 xəbər dərc olunub”.
Fatimə KƏRİMLİ