İTV-də `böyük təmizləmə` başlayıb

İTV-də `böyük təmizləmə` başlayıb
  06 Avqust 2013    Oxunub:1164
İctimai Televiziyada `yarpaq tökümü` davam edir.
Cəmil Quliyevin İctimai telekanala rəhbər vəzifəsinə keçdikdən sonra az müddət keçməmiş televiziyada bir-birinin ardınca kadrların işdən azad olunmasının şahidi oluruq. Amma görünür ki, bu proses hələ uzun müddət davam edəcək. Belə ki, AzVision.az-a etibarlı mənbədən verilən məlumata görə, bir neçə gün bundan öncə İTV-nin rəhbəri Cəmil Quliyev iclas keçirib və bildirib ki, keçmiş sədr İsmayıl Ömərovun kadrlarından heç kim işdə saxlanılmayacaq.

Bunun əyani sübutu kimi İctimai Televiziya və Radio Yayımları Şirkətinin Gənclər, Elm və Təhsil Departamentinin müavini Ruhəngiz Mehmanqızı bir neçə gün öncə işdən qovuldu. Dünən səhər saatlarında həmin departamentdə işləyən və Cəsarət Valehoğlunun yaxın köməkçisi işdən çıxarılıb. Bu gün isə C.Valehoğlu işdən çıxarıldı.

Şəhanə RƏHİMLİ





Teqlər:  





Xəbər lenti