Bayram günləri işıq sönməyəcək
Elektrik şəbəkələrinin normal iş rejiminin təmin olunması məqsədilə təşkil edilmiş növbətçilik üzərində nəzarət gücləndiriləcəkdir.
Baş vermiş qəzaların nəticələrinin aradan qaldırılması halları istisna olmaqla, tədbirlərin keçirildiyi günlərdə aparılması nəzərdə tutulan bütün işlərin müvəqqəti olaraq dayandırılmasını təmin edəcəklər.
Abonentlərin bayram günlərində fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təchiz olunmaları üçün əlavə mal-material və maşın-mexanizmlər, texniki qüvvə və növbətçilik qaydaları müəyyən olunub, avadanlıq və material ehtiyatı təmin edilib.
Abonentlərdən xahiş olunur ki, yarana biləcək hər hansı problemlər haqqında “199 - Qəza Xidməti”nə zəng vuraraq məlumat versinlər. Yaradılmış operativ qruplar vasitəsilə yaranmış fasilələrin dərhal aradan qaldırılması mümkün olacaq.
AzVision.az