İTV-nin işdən çıxarılan aparıcısı danışdı
“İşdəyəm,yaxşıdır hər şey. Narahat olmayın, danışa bilmirəm”.
Qeyd edək ki, mətbuatda Valehovun işdən qovulma xəbəri yayılıb.
Xatırladaq ki, ötən həftənin axırlarında Valehoğlunun müavini Ruhəngiz Mehmanqızı işdən çıxarılıb. O,şirkət rəhbərliyini deyil, məhz Cəsarət Valehoğlunun şifahi icazəsi ilə heç bir ezamiyyət sənədləri olmadan bir neçə gün işdə olmayıb. Cəsarət Valehov bu faktı sonradan inkar edib. Atdığı riskli addımları isə finişdə Ruhəngiz xanımın xeyrinə sonuclanmış, departament direktoru Cəsarət Valehov öz müavininin adını maaş cədvəlinə yazaraq, işdə olmadığı günlər üçün də əmək haqqı almasına şərait yaradıb.
Bu barədə məlumat İTV-nin İctimaiyyətlə Əlaqələr Departamentinin açıqlamasında yer alıb. məlumatda həmçinin bildirilir ki,`departament direktoru və onun müavini daşıdıqları məsuliyyəti unudaraq daim iş başında olmamaqları bir yana, İTV - nin maliyyə vəsaitini düşünmədən mənimsəməyi bacarıblar`
`Əmək Məcəlləsinin 72-ci maddəsinin a) bəndinə uyğun olaraq, Cəsarət Valehov öz müavininə şirkət rəhbərliyindən xəbərsiz Gürcüstana getmək üçün şifahi icazə verməklə ciddi hüquq pozuntusuna yol verib, işəgötürənin qanuni mənafeyinə ciddi xələl gətirib`-deyə İTV-nin yaydığı açıqlamada bildirilir.
Nihadə Eyyubova