Erkin Qədirlidən Milli Şuraya sərt suallar
Milli Şuranın üzvü, hüquqşünas Vidadi Mirkamalın «Liderlərin ağıllarına da gəlməyib ki, o Rusiya vətəndaşıdır» başlıqlı yazısını şərh edən Erkin Qədirli Namazovu qeyri-ciddilikdə ittiham edib:
“İndi də deyirlər ki, Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşı olduğundan xəbərləri olmayıb. Dostlar, heç ciddi söhbət deyil bu. Yəni, bütün bu illər ərzində, Rüstəm bəyin Dünyanı Azərbaycan pasportu ilə gəzdiyini, Rusiyada, Amerikada və Fransada yaşamaq hüququnu əldə etdiyini, oralarda ev aldığını, və s. sanırdınız? Azərbaycan pasportu ilə, eləmi? Azərbaycan pasportu ilə səyahət etmənin çətinliklərini heçmi çəkmədiniz? Yəni, Rüstəm bəyin hər dəfə Bakıya viza üçün gəldiyinimi düşünürdünüz? Bir çox nəticələrə göz görmədən də gəlmək olur axı, məntiq var. Nəhayət, soruşmaq da olardı özündən. Heç olmasa. Misal üçün. Maraqlı olmalı idi, axı. Nə isə...”