`Moldovalı ombudsman birinci deyil`

`Moldovalı ombudsman birinci deyil`
  02 Avqust 2013    Oxunub:1141
“Moldova-Azərbaycan münasibətləri sınaq qarşısındadır”
“Moldova ictimaiyyəti, xüsusilə ordakı erməni icması həqiqətin gözünə düz baxmalıdır. Biz Moldovanın verdiyi reaksiyaları diqqətlə izləyirik”.

Bu sözləri politoloq Mübariz Əhmədoğlu ombudsman Aureliya Qriqoriuya qarşı təzyiqlərlə bağlı keçirilən mətbuat kofransında deyib.

O vurğulayıb ki, bu məsələ ilə bağlı Azərbaycan tərəfinin ciddi mövqeyi var:

`Bizim xarici işlər nazirinin çox ciddi mövqeyi var. O bildirib ki, bu məsələ diqqətimizdədir. Moldova-Azərbaycan münasibətləri sınaq qarşısındadır. Moldova hökuməti kimi incitdiyini, kimə incitmək üçün şərait yaratdığına diqqət etməlidir`.

M.Əhmədoğlu qeyd edib ki, avropalı siyasətçilər ilk dəfə deyil ki, Ermənistanda belə fikir səsləndirir:

`Sadəcə Aureliyanın dedikləri əks-səda yaratdı. Mən ilk növbədə Moldova və Ukraynadıkı Azərbaycan ictimaiyyətinə müraciət edirəm. Xahiş edirəm ki, yerdəki vəziyyəti öyrənib əllərindən gələni etsinlər. Eləcə də Azərbaycan mediasına müraciət etsinlər. Azərbaycanın haqq səsinə səs verən adamı təzyiqə məruz qoyan adam ömür boyu peşman olmalıdır`.

Fatimə KƏRİMLİ


Teqlər:  





Xəbər lenti