`Heç kim seçkilərə maneə yarada bilməz`

`Heç kim seçkilərə maneə yarada bilməz`
  02 Avqust 2013    Oxunub:1144
`Bütün ölkələrdə seçkilərdə bu və ya digər xoşagəlməz hallar olur. Dünyanın istənilən ölkəsində bu hallar baş verir. Heç kim bundan sığortalanmayıb`.
AZVision.az xəbər verir ki, bu sözləri MSK sədri Məzahir Pənahov DSK sədrləri qarşısında çıxış edərkən deyib.
M.Pənahov bildirib ki, seçki komissiyalarının vəzifəsi maariflənmə işləri aparmaqdır: “Onlar peşəkar səviyyədə öz işlərinin öhdəsindən gəlməyə hazır olsun. Əsas məsələ odur ki, komissiya neqativ hallara adekvat cavab versin. Komissiyanın peşəkarlığı atdığı adekvat addımlarla ölçülür. Heç kim istəməz ki, belə xoşagəlməz hallar olmasın. Heç bir müşahidəçiyə informasiya istəyirsə, onu verməmək olmaz. Komissiyalar öz vəzifələrini Seçki Məcəlləsinin tələblərinə uyğun yerinə yetirməlidirlər. Səsvermənin gedişinə heç kimin maneə yaratmaq ixtiyarı yoxdur. Kimsə belə addımlar atırsa, vaxtında qabağı alınmalıdır. Bu hansı sa güclə yox, qanunla tənzimlənməlidir. Heç kimin ixtiyarı yoxdur ki, seçkiləri öz standartına endirsin”.


Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti