İbrahimbəyovun filmlərinə qadağa qoyulub?

İbrahimbəyovun filmlərinə qadağa qoyulub?
  02 Avqust 2013    Oxunub:1120
Kinorejissor və ssenarist, Milli Şuranın sədri, müxalifətdən prezidentliyə vahid namizəd kimi təqdim edilən Rüstəm İbrahimbəyovun "Səhranın bəyaz günəşi" filminin nümayişinin qadağan edilməsi barədə məlumatlar yayılıb. Bu barədə məlumatı haqqin.az saytı adı çəkmədiyi mənbələrinə istinadən verib.
İddiaya görə, rejissorun ssenari müəllifi olduğu qadağa qoyulan filmlərin arasında "Ad günü", "Səhranın bəyaz günəşi","Bir cənub şəhərində","İstintaq" və "Park" var. Xəbərdə qadağanın nə zaman aradan qaldırılacağının bilinmədiyi qeyd edilib. Məlumat verən mənbə bu qadağanın R.İbrahimbəyovun siyasi fəaliyyəti ilə bağlı ola biləcəyini istisna etməyib.

ANS PRESS-in məlumatına görə, rejissorun filmərinə heç bir qadağa qoyulmayıb və bu deyilənlər əsassızdır, şayiədir. Çoxları bunun rejissorun imicinin qaldırması üçün edilən piar olduğunu düşünür.

Qeyd edək ki, ötən həftə ANS televiziyasında rejissorun ssenari müəllifi olduğu iki film "İstintaq" və "Bir cənub şəhərində" nümayiş edilib.


Teqlər:  





Xəbər lenti