TQDK sədri valideynlərə müraciət edib
`Bizim çağırışımız odan ibarətdir ki, gənclər imtahanda qaydalara riayət etsin. Gecikməsin. Çalışmasınlar ki, qayda pozuntusu ilə nəticə əldə etsin. Belə olan halda onların nəticələri ləğv olunacaq. Bundan sonra vacib mərhələ, ixtisas seçimi başlayır. İxtisas seçimi ilə bağlı məsləhətlər yalnız hələlik III, I və IV ixtisas qruplarına verilə bilər. Onların kifayət qədər vaxtı olub ki, qərar qəbul etsin. Bu prosedur abituriyentin özündən asılıdır. Valideynlərə müraciət edirəm ki, seçimi abituriyentin özünün etməyi vacibdir. Bu prosedurlarda düzgün qərar qəbul etmək üçün abituriyentlərə kifayət qədər məlumat vermişik . İxtisas seçimi üçün məlumat kitabçaları çap edilib bölgələrə də göndərilib. Bu gündən göstəriş verəcəm ki, elektron formada da satışa çıxarılsın`.
TQDK sədri ötən ilki qəbullla builkini də müqayisə edib. O bildirib ki, imtahanların hamısı bitmədiyindən dəqiq məlumatlar yoxdur, amma müşahidələr göstərir ki, bu il səviyyə bir az aşağıdır:
`Qəbul keçən ilkindən aşağıdır. Nisbətən fərq var. Dəqiq rəqəmlər imtahanlar bitəndən sonra açıqlanacaq. Eyni zamanda bu ilki məzunların nərticələri ilə keçən ilkilərin müqayisəsi olacaq. Müşahidəyə əsasən bu il aşağıdır`.
Fatimə
Teqlər: