Fonda 401 müraciət daxil olub

Fonda 401 müraciət daxil olub
  02 Avqust 2013    Oxunub:1104
İyulun 11-dən etibarən Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən yaşa görə əmək pensiyalarının avtomatlaşdırılmış qaydada vahid mərkəzdən təyinatına başlanılıb.
DSMF-dın AzVision.az-a verilən məlumata görə, 31 iyul 2013-cü il tarixə olan statistikaya əsasən, ötən ayın 20 günü ərzində DSMF-nin “190-0 Cağrı Mərkəzi”nə 401 müraciət daxil olub.

Müraciət edən vətəndaşlardan 82 nəfərinə avtomatlaşdırılmış qaydada pensiya təyinatı aparılıb.

Digər müracət edənlərin əksəriyyəti 01.01.2006-cı ilədək əmək (sosial sığorta) stajları barədə məlumatları Fondun orqanlarına təqdim etməmələri səbəbindən onlara avtomatlaşdırılmış qaydada pensiya təyin etmək mümkün olmayıb.

AzVision.az






Teqlər:





Xəbər lenti