Sumqayıtda kürəkən odlu silaha əl atdı
Həmin ünvanda yaşayan Amid Vaqif oğlu Fərzəliyevin evi naməlum şəxs tərəfindən odlu silahdan bir neçə dəfə atəş açılıb. Ev sahibi dərhal bu barədə polisə məlumat verib.
Hadisə yerinə Sumqayıt şəhər Polis İdarəsinin əməliyyat qrupu çıxıb. Araşdırmalar zamanı məlum olub ki, evə “Vençestr” markalı silahdan atəş açılıb. Evin həyətindən bir neçə giliz götürülüb.
Axtarış tədbirləri nəticəsində hadisəni A. Fərzəliyevin keçmiş kürəkəni, 1986-cı il təvəllüdlü Cavid İsa oğlu Muradov tərəfindən törədilməsi müəyyənləşib və o saxlanılıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.(apa)
***
Daxili İşlər Nazirliyi Sumqayıtda baş vermiş silahlı insidentlə bağlı məlumat yayıb.
AzVision.az nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, avqustun 1-də Sumqayıt şəhər sakini Cavid Muradov xuliqanlıq zəminində ov tüfəngindən atəş açaraq qohumu, şəhər sakini Amiq Fərzəliyevin evinin pəncərə şüşələrini sındırıb.
Sumqayıt Şəhər Polis İdarəsi 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində C.Muradov saxlanılıb, ondan 1 ədəd “Vinçestr” markalı tüfəng götürülüb.