Süni ət yaradıldı

Süni ət yaradıldı
  02 Avqust 2013    Oxunub:1649
Londonda lüləşəkilli hüceyrələrdən hazırlanmış hamburgerin istehsal dəyəri 250 min funt sterlinq təşkil edib.
AzVision.az məlumat verir ki, Londonda ilk dəfə olaraq əsl ətdən deyil, laboratoriyada hazırlanmış mal ətindən düzəldilmiş hamburger satılacaq. Layihə müəlliflərinin əsas məqsədi, ətə artan tələbat probleminin həlli üsulunu göstərməkdir. Belə məhsulun istehsal dəyəri 250 min funt sterlinq təşkil edib. Bu layihəni anonim biznesmen maliyyələşdirib.

Heyvanların gövdə hüceyrələrindən ət yaratmaq üçün dörd mərhələdən istifadə olunur. Birincisi, hüceyrələr heyvanın əzələlərindən uzaqlaşdırılır. Sonra onlar yapışqan parçaya çevrilənədək həlimdə inkubasiya edilir. Nəticədə ətin analoqu alınır. Layihənin rəhbəri Mark Post bildirib ki, hazırda kənd təsərrüfatı üçün ayrılmış ərazilərin 70 faizi ət məhsullarının alınması üçün istifadə olunur. “Bizə ətin analoqu lazımdır. Əgər biz təşəbbüs göstərməsək ət yeganə “lüks” kateqoriya olacaq və qiyməti bahalanacaq” – o əlavə edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti