Nazirlik Yardım Fonduna yığılan məbləği açıqladı

 Nazirlik Yardım Fonduna yığılan məbləği açıqladı
  02 Avqust 2013    Oxunub:1208
Müdafiə Nazirliyi Silahlı Qüvvələrə Yardım Fonduna yığılan vəsaitin həcmini açıqlayıb. Nazirlikdən Modern.az-a verilən məlumata görə, 2013-cü ilin avqust ayının 1-dək Silahlı Qüvvələrə Yardım Fondunun manat hesabına 44 milyon 182 min 973 AZN, dollar hesabına 211 min 791 ABŞ dolları, avro hesabına isə 593 avro pul daxil olub.

Silahlı Qüvvələrə Yardım Fondunda hesab ümumilikdə 56 737 480 dollar təşkil edir.

Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu mərhum dövlət başçısı Heydər Əliyevin 17 avqust 2002-ci il tarixli sərəncamı ilə yaradılıb. Həmin sərəncama əsasən, Silahlı Qüvvələrə Yardım Fondu respublika ərazisində fəaliyyət göstərən fiziki və hüquqi şəxslərdən könüllü olaraq daxil olan vəsait və qanunvericiliklə qadağan olunmayan digər daxilolmalar hesabına formalaşır.
AzVision.az


Teqlər:  





Xəbər lenti