`Piyadaların vurulması halları azalıb`
Əsədov vurğulayıb ki, həmin istiqamətlər üzrə nəqliyyat vasitələrinin hərəkət intenvsiliyi yüksək olduğundan yol polisi bu istiqamətlər üzrə nəzarəti gücləndirib:
“Yol hərəkətini pozan, avtomobil idarə edərkən təhlükəsizlik kəmərindən istifadə, dayandırılmış nəqliyyat vasitələri sürücülərinin içkili olub-olmamasının nəzarəti gücləndirilib. Çimərlik və istirahət mərkəzləri ətrafında sərxaş vəziyyyətdə və sürücülük vəsiqəsi olmayan sürücülər saxlanılıb və lazımi tədbir görülüb”.
Bölmə rəisi Bakı şəhərindəki yol qəzalarının əsas səbəblərindən də danışıb. O bildirib ki, qəzaların 51 faizinə sürət həddinin aşılmasının səbəb olub:
“Ötən illə müqayisədə piyadaların avtomobillərlə vurulması halları azalıb. 2012-ci ildə bu, 53 faiz təşkil edirdisə, ilin əvvəlindən bu göstərici aşağı düşüb”.
V. Əsədov bu il yanvarın 1-dən bu günə qədər paytaxtda yol hərəkəti qaydalarını pozan 71 min piyadanın inzibati qaydada məsuliyyətə cəlb olunduğunu deyib:
“Məsuliyyətə cəlb edilən piyadalar əsasən təyin olunmayan yerlərdən keçdikləri üçün cərimələniblər. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il piyada vurma halları azalıb”.
Bölmə rəisi jurnalistlərə açıqlamasında onu da qeyd edib ki, avqust ayında Azərbaycan ərazisində normadan artıq karbon, azot qazının mövcudluğu aşkar olunan avtomobillərin sürücülərinin 150 manat miqdarında cərimə ediləcəklərini deyib:
“2012-ci ildə 2600-dən çox avtomobil istismara yararsız olduğu üçün yol hərəkətindən uzaqlaşdırılıb və onların sahibləri barədə protokol tərtib edilib” .
Fatimə KƏRİMLİ