Milli Şuranın “vahid” davası
Müsavat başqanının müavini Gülağa Aslanlı AzVision.az-a açıqlamasında bildirib ki,ehtiyat namizəd kimi partiya İsa Qəmbəri dəstəkləyir :“Müsavat partiyasının fikri Milli Şuranın seçkilərdə hökmən iştirak etməsidir. Onun üçün isə müxtəlif variantlar var. O variantların içərisində Rüstəm İbrahimbəyovun namizədliyinin qeydə alınması birincidir. Bizdən asılı olmayan səbəblərə görə İbrahimbəyovun sənədlərini təqdim etməsi mümkün olmayacaqsa, onda Milli Şuranın başqa bir intellektual namizədin üzərində dayanmasını istəyirik. İsa Qəmbərin ehtiyat variant kimi namizədliyinin saxlanması o məqsədə xidmət edir ki, Milli Şura hökmən seçkidə iştirak etsin. Milli Şuranın bu fikirlərlə razılaşıb və ya razılaşmaması öz fikridir”.
Milli Şura üzvü Eldəniz Quliyev isə alternativ namizəd şansının çox aşağı olduğunu deyib. “Əslində İsa Qəmbərin ehtiyat namizəd kimi niyə göstərildiyini Müsavatın funkisionerlərindən soruşmaq lazımdır. Amma Tiflis görüşündə İsa Qəmbər birmənalı olaraq dedi ki, o, Rüstəm İbrahimbəyovu vahid namizəd kimi qəbul edir və edəcək. Rüstəm İbrahimov Azərbayacana qayıdacaq və vahid namizəd kimi də qeydiyyatdan keçəcək . Buna qətiyyən şübhəniz olmasın. Əgər o baş verməsə, onda hesab edək ki, təbiətdə də hətta çayın üstdən aşağı yox, aşağıdan yuxarı axmaq ehtimalı da ola bilər. Onu da qəbul etmək olar” .
Niahdə EYYUBOVA