Səfirlikdəki nümayəndəmiz vəfat etdi
AzVİsion.az xəbər verir ki, bu barədə Azərbaycan XİN sözçüsü Elman Abdullayev APA-ya bildirib. O, qeyd edib ki, Azərbaycanın Almaniyadakı səfirliyin ikinci katibi Tural Qurbanov iyulun 25-də məzuniyyətdə olarkən rəhmətə gedib.
E. Abdullayev əlavə edib ki, ilkin məlumatlara görə, T. Qurbanov məzuniyyətdə olarkən ürək çatışmazlıqdan dünyasını dəyişib.
Qeyd edək ki, 29 yaşlı Tural Qurbanovun Maldiv adalarında istirahət mərkəzlərindən birində məzuniyyət keçirərkən iyulun sonlarında vəfat etdiyi barədə məlumat yayılıb.
Teqlər: