AZAL-dan hamilələr üçün yeni qayda
AzVision.az-ın aviaşirkətə istinadən verdiyi xəbərə görə, bundan sonra hamilələr özlərinin və doğulacaq körpələrinin sağlamlığına olan təhlükəni, özlərini necə hiss etmələrini nəzərə alaraq təyyarədən istifadə etmək imkanlarını özləri müəyyənləşdirəcəklər.
AZAL-la hamiləliyin 32 həftəsini keçən hamilələrin və doğumdan sonra 7 gün ərzində körpələrin daşınması qadağandır. Yeni doğulmuş körpələr yalnız bir həftədən sonra və ana, ata yaxud da uşaq üçün məsuliyyət daşıyan digər sərnişinlə birgə daşınır.
Hamiləliyin 26 həftəsini keçmiş hamilələrdən isə onu müayinə edən həkiminin onun təhlükəsizliyinə dair sağlamlıq kağızı tələb olunur.